Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

"Unikal" xəbər verir ki, Türkiyə taxıl ixracının fasiləsiz şəkildə dava etdirilməsi üçün lazım olan səyləri göstərməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qara dənizdən taxıl ixracatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri nəticəsində bərpa olundu, lakin bu sazişin vaxtı 20 gün sonra bitir və bunu yeniləmək lazımdır.

Çavuşoğlu, Ukrayna müharibəsində ölkəsinin mövqeyinin dəyişmədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəklədiklərini bildirib.