Uqo Çaves son nəfəsində nə deyib?


“Xahiş edirəm, məni ölməyə qoymayın”

Venesuela prezidenti Uqo Çavesin söz sözləri bəlli olub.

APA-nın “Associated Press” saytına istinadən verdiyi məlumata görə, Uqo Çavesin yanında olan prezident qvardiyanın rəhbəri, general Xose Omelyanın sözlərinə görə, prezident ölməzdən əvvəl bu sözləri deyib: “Mən ölmək istəmirəm, xahiş edirəm, məni ölməyə qoymayın”.

X. Omelya əlavə edib ki, U.Çavesin ölümünə birbaşa səbəb ürək tutulması oldu.
Qeyd edək ki, Uqo Çavesdə xərçəng xəstəliyi 2011-ci ilin ortalarında aşkar olunub.
2012-ci ilin dekabrın əvvəlində o, Kubada əməliyyat olunub.

Əməliyyatdan sonra 2 ay o, Havana xəstəxanasında müalicə kursu keçib, bu il fevralın ortalarında isə Karakasdakı hərbi hospitala köçürülüb, martın 6-da vəfat edib.

Venesuelanın mərhum prezidenti Latın Amerikasında İspaniya hegemonluğu ilə mübarizə aparmış Simon Bolivarın yanında dəfn oluna bilər.