ABŞ-ın Virciniya ştatında “Walmart” ticarət mərkəzində atışma olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mağaza meneceri xidməti otağa daxil olaraq əməkdaşlara atəş açıb. Hadisə nəticəsində  çox sayda insan ölüb.  

Əraziyə polis və 40-dan çox təcili tibbi yardım maşını sövq edilib. Silahlı insidentdə hücumçunun öldüyü bildirilib. 

Araşdırmalar davam edir.  

Seymur Əli