Yerusəlimdə avtovağzalda və şəhərin şimal hissəsindəki Ramon qovşağında baş verən partlayışlar nəticəsində 18 nəfər yaralanıb. 

"Unikal" "Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. 

İsrail hüquq-mühafizə orqanları partlayışın hansı səbəblərdən baş verdiyi və kimin törətdiyini araşdırır. 

xxx

09:56

Qüdsdə avtobus dayanacağı yaxınlığında güclü partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər ən azı 7 nəfərin yaralandığını və ərazidə böyük dağıntıların olduğunu bildiriblər.

İsrail ordusunun radiosu partlayışa bombanın səbəb olduğunu açıqlayıb.