Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

"Unikal" xəbər verir ki, bunu “Joqovurd”  nəşri məlumat yayıb.

Bildirilir ki,  MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və başqalarının da adı var.