Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Polşada keçiriləcək iclasına buraxılmaması birliyin yox, çılğınlığın göstəricisidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

"Birlik yoxdur və olmayacaq... Əgər siz hər gün haqqında danışdığınız ölkənin nazirini fiziki olaraq mikrofon qarşısına qoymursunuzsa, bu, birliyin göstəricisi deyil, sizin dəliliyinizin göstəricisidir", - XİN sözcüsü qeyd edib. 

Zaxarovanın sözlərinə görə, Polşa nəinki normal, heç olmasa bir növ təcili söhbətin qarşısını almaq üçün hər şeyi edir. 

Ağarza Elçinoğlu