Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya üç Sea King helikopteri və 10 min artilleriya mərmisi verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

Agentliyin məlumatına görə, üç helikopterdən birincisi artıq Ukraynaya çatıb.

Bundan əlavə, Uolles qeyd edib ki, Ukrayna əlavə olaraq 10 min artilleriya mərmisi alacaq. Sursat Silahlı Qüvvələrə bu yaxınlarda azad edilmiş ərazinin müdafiəsinə kömək etməlidir.

Ağarza Elçinoğlu