Ermənistan polisi İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin keçirildiyi anti-Rusiya aksiyasının dörd iştirakçısını saxlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, aksiya iştirakçıları sammitin keçirildiyi yerin yaxınlığında saxlanılıb. Onlar hakimiyyətin qanuni tələblərinə tabe olmamaqda ittiham olunur.

"Sputnik Ermənistan" xəbər verir ki, saxlanılanlardan biri Ermənistan Avropa Partiyasının lideri Tiqram Xzmalyandır.

Ağarza Elçinoğlu