Avropa Parlamenti (AP) Rusiyanı terrorizmin sponsoru dövlət kimi tanıyan qətnamə qəbul edib və onu müvafiq siyahıya daxil edib. 

"Unikal" xəbər verir ki, qətnamə AP üzvlərinin səsverməsi zamanı qəbul edilib. Sənəd qurumun rəsmi saytında dərc olunub. 

Sənədin mətnində deyilir: "Rusiyanı terrorizmin himayədarı elan etməklə, Avropa Parlamentinin deputatları Rusiya Prezidenti Vladimir Putin və onun hökumətinin bu cinayətlərə görə beynəlxalq tribunal qarşısında cavab verməsi üçün yol açmaq istəyirlər".

Sənədə əsasən, bu qətnamə üzrə səsvermə qanunvericilik proseduruna aid olmadığından onun hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakterli və siyasi xarakter daşıyır.

Ağarza Elçinoğlu