"Rusiya KTMT qüvvələrinin müasir silahlarla təchiz edilməsi qərarını dəstəkləyir".

"Unikal" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının sammitində deyib.

Onun sözlərinə görə, Qazaxıstanda sülhməramlı əməliyyat zamanı əldə edilmiş çox dəyərli praktiki təcrübə təhlil edilib.

“Rusiya, əlbəttə ki, təşkilatın sülhməramlı qüvvələrinin müasir silahlar, hərbi və xüsusi texnika, habelə xüsusi vasitələrlə təchiz edilməsi ilə bağlı təsdiqimizə təqdim olunan mühüm qərarı dəstəkləyir"-deyə Putin bildirib.

Gültəkin