Şimali Koreya lideri Kim Çen Inın bacısı  Kim Yo Conq son raket sınaqlarının pislənməsindən sonra ABŞ-a sərt reaksiya verib. 

"Unikal"  CNN-ə  istinadən xəbər verir ki, Kim Yo Conq Şimali Koreyanın “Rodong” qəzeti üçün yazdığı məqalədə ABŞ-ı qorxmuş hürən itlə müqayisə edib.  

Şimali Koreya liderinin bacısı Kim Yo Conq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinə uyğun olaraq keçən cümə günü ABŞ və Böyük Britaniyanın qitələrarası ballistik raket (ICBM) buraxılışını "qətiyyətlə pisləyib".

Şimali Koreya bu il səkkizinci ICBM sınağını keçirib. Onların beş ildən sonra ilk nüvə sınağını keçirəcəkləri ilə bağlı şayiələr artır.

 Şimali Koreyanın artan raket sınaqları və nüvə silahı inkişaf etdirmə təşəbbüsləri BMT Təhlükəsizlik Şurasında reaksiyalara səbəb olsa da, Rusiya və Çinin etirazları səbəbilə hələlik rəsmi açıqlama verilməyib. Şimali Koreyanın raket inkişaf proqramlarının gizli şəkildə Rusiya və Çinlə əməkdaşlıq etdiyi iddia edilir.

Çinin BMT-dəki səfiri deyib ki, BMT Təhlükəsizlik Şurası “bu məsələdə konstruktiv rol oynamalı və həmişə Şimali Koreyanı qınamamalı və ona təzyiq etməməlidir”.