"Ukraynada vəziyyət onilliklərlə davam edə bilər".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada universitetlərindən birində çıxışı zamanı deyib.

Türkiyənin xarici siyasəti mövzusunda danışan Çavuşoğlu, "Bizim fikrimizcə, Rusiya ilə Ukrayna arasındakı müharibə döyüş meydanında uğur qazanmaqla deyil, danışıqlar masası arxasında bitəcək", - deyə izah edib. 

Onun sözlərinə görə,tərəflər Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya görüşünün, habelə Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələri əsasında atəşkəslə bağlı razılığa gəlməyə yaxındırlar. Lakin sonra tərəflər dialoqdan imtina ediblər.

"İndiki şərait mart ayının şərtlərindən ciddi şəkildə fərqlənir. Yeni reallıqlar ortaya çıxır. Vəziyyət daha mürəkkəbdir, lakin ümidini itirmək olmaz", - nazir deyib. 

Gülayə  Mecid