Ankaranın Yenimahalle rayonunda 15 mərtəbəli binada güclü yanğın baş verib. 

"Unikal" "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. 

Məlumata görə, yanğın Sorgun küçəsində yerləşən 15 mərtəbəli binanın damında başlayıb. Qısaqapanma səbəbindən başladığı iddia edilən yanğın qısa zamanda böyüyüb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu