Analar Günü ərəfəsində Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin anaları ilə görüşüb.  

"Unikal" xəbər verir ki, görüşdə Ukraynada müharibədə  iştirak edən hərbçilərin ailələri, anaları dəvət olunub. 

Putin Şimal Hərbi Dairəsində Rusiyanı müdafiə edən hərbçilərin anaları ilə görüşündə, "Şəxsən mən, sizin bu ağrınıza şərikəm. Oğulları döyüş bölgəsində olan sizin üçün Analar Günü narahatlıq və qayğı hissi ilə bağlıdır. Mən bu görüşü ona görə təklif etdim ki, sizdən qiymətlər, məlumatlar, fikrinizi, ideyalarınızı, təkliflərinizi eşitmək istəyirdim. Çalışacağam ki, bu gün haqqında danışacağımız hər şey nəzərə alınsın və real həyatda maksimum istifadə olunsun. Hər şey ailədən gəlir. Oğlanlarınızın Vətənə xidmət, vətəni, xalqımızı qorumaq yolunu seçmələri sizin tərbiyənizin, şəxsi nümunənizin nəticəsidir. Uşaqlarınız özlərini qəhrəmancasına aparırlar - bu, sizin böyük töhfənizdir", - deyib. 

Qeyd edək ki, Analar Günü 1998-ci ildən Rusiyada qeyd olunan beynəlxalq bayramdır.

Gülayə  Mecid