"Pəncəli şəhidlərimizin qanı yerdə qalmadı, 13 terrorçu zərərsizləşdirildi. Xain hücumun cavabı verildi. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var"

"Unikal" xəbər veirr ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib. 

Nazir Akar əməliyyat başlayandan bu yana 480 terrorçunun zərərsizləşdirildiyini bildirib.  Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcümənt Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə İraq sərhədindəki qoşunlarda apardığı araşdırma və yoxlamaları davam etdirib.

Bu çərçivədə 3-cü Piyada Diviziya Komandanlığına gələn Akar, onu müşayiət edən TSK komandanlığı ilə Əməliyyat Mərkəzinə keçib.

İraqın şimalında terror hədəflərinə qarşı davam edən "Pəncəli Kilid" əməliyyatına qatılan birliklərin komandirləri ilə video konfrans keçirən Akar, çətin və ərazi şərtlərinə baxmayaraq əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib.

“Şəhidlərimiz böyük qəhrəmanlıq göstərərək canlarını verdilər. Qəhrəman yoldaşlarımız şəhid olsalar da, terrorçuların xain hücumunun qarşısını aldılar, terrorçuların planlarını pozdular. Hücumdan sonra bölgədən qaçmağa çalışan terrorçulara qarşı komandolarımızın başlatdığı əməliyyat nəticəsində bu gün 3-ü ümumilikdə 13 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var. Dostlarımızın qanını yerdə qoymamışıq, qoymuruq. "Pəncəli Kilid" əməliyyatı başlayandan indiyədək 480 terrorçu zərərsizləşdirilib. Şəhidlərimizin hər damla qanının hesabını istədik və bundan sonra da verəcəyik”.

Terrorla mübarizənin son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğulayan Akar, “Terrorçularla hesablaşma zamanıdır. Görülən hər şeyə görə cavab verəcəyik və nəcib millətimizi Terror bəlasından xilas edəcəyik. Kim onları dəstəkləsə də, bu mübarizə dayanmayacaq, sona qədər aparacağıq” deyə Nazir bildirib.