DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən paytaxtın 150-dən artıq yol kəsişməsində hərəkətin tənzimlənməsi təmin edilir.

"Unikal" xəbər verir ki, bunu  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, yollarda real vəziyyətə uyğun işıqtoforların vaxt planları nizamlanır:

"Fiziki müdaxilə zərurəti olduqda məlumat yol polisinin naryadlarına ötürülməklə hərəkətin fasiləsizliyi diqqətdə saxlanılır".