"Bayden administrasiyası Çinin sıfır COVİD nümayişçilərini dəstəkləyir və gələn ilin əvvəlində ölkəyə səfəri zamanı mövzuya toxunacağını bildirib"

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

"Əlbəttə ki, edirik. İstər Çində, istər İranda, istərsə də hər yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini və narazılıqlarını ifadə etmək hüququnu dəstəkləyirik”.

ABŞ dövlət katibi gələn ay Çin rəsmiləri qarşısında etirazlarla bağlı məsələni şəxsən qaldıracağını da bildirib.

Bununla yanaşı, Blinken bildirib ki, “mahiyyət etibarilə” Çin və İrandakı etirazlar ABŞ-la bağlı deyil.

“Bu, hər iki ölkədə insanların öz fikirlərini ifadə etməyə çalışması, istəklərinin qarşılanması və hökumətlərin buna reaksiyası haqqındadır” deyə o, bildirib.