Əfqanıstan-Pakistan sərhədində minaatanlardan açılan atəş nəticəsində ən azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
“Tolo News” telekanalı Taliban Hərəkatının silahlıları ilə Pakistan sərhədçiləri arasında atışmanın hələ də davam etdiyi, “Hasht-e Subh Daily” qəzeti isə atışmanın 5 saat davam etdiyi, sonra dayandığı barədə xəbər yayıb.