Rusiyanın Tver vilayətinin mərkəzi yolkasında Amerika Prezidenti Co Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, rusiyalı müğənni Alla Puqaçova, yumorist Maksim Qalkin və latviyalı müğənni Laima Vaykulenin fotoları asılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Onların fotoları üzərində “Rusiya ən yaxşısıdır”, “Rusiya dünyanı idarə edir” və “Yeni iliniz mübarək!” yazıları olan kağız fiqurlara yapışdırılıb.

Zarafat edənlərin kimliyi hələ müəyyən edilməyib. Yerli sakinlərdən heç biri tamaşa barədə polisə məlumat verməyib.