Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə və Qərbin Moskvaya qarşı sərt sanksiyalarına baxmayaraq, Türkiyənin Rusiya ilə yaxın tərəfdaşlığını davam etdirməsindən narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsi “böyük narahatlıq doğurur”, Aİ-nin xarici siyasət komissarı Cozef Borrell Avropa Parlamentinə yazdığı məktubda bildirib.

Avropa rəsmisinin sözlərinə görə, Türkiyənin davamlı olaraq Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaması siyasəti də narahatlıq doğurur.

Borel əlavə edib ki, Türkiyənin Rusiyaya sanksiyalarla bağlı heç bir həll təklif etməməsi vacib idi.