İranda etiraz aksiyaları zamanı edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzası təxirə salınıb.

"Unikal" xəbər verir ki, İranda keçirilən nümayişlərlə bağlı “ictimai təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə hərəkət etmək” ittihamı ilə edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzasının təxirə salındığı bildirilib.

Sədrətdən iddiaçı olan, lakin sonradan şikayətini geri götürən Muhammed Rıza Kanbertaleb, Twitter hesabından bir paylaşımla mövzu ilə bağlı məlumat verib.

Kanbertaleb qeyd edib ki, Sədrətin ailəsinin səyləri və ictimai təzyiqlər nəticə verib və məhkəmə orqanları ölüm hökmünü təxirə salıb.

Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə bağlı 11 nəfərə edam hökmü çıxarılıb.

Nümayişlərlə bağlı ölüm hökmlərinə ölkə daxilində və xaricdən reaksiyalar artsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) dekabrın 9-da Şikarinin edamını pisləyib.