Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

"Unikal"  xəbər verir ki, Türkiyə tərəfi telefon danışığı barədə məlumat yayıb.

Ərdoğan bildirib ki, qışda Ukraynaya humanitar yardımın göstərilməsi istiqamətində işlər davam etdiriləcək.

Türkiyə lideri taxıl dəhlizinin genişlənərək müxtəlif ərzaq məhsulları və digər malları əhatə edə biləcəyini bəyan edib. Ərdoğan, həmçinin Zaporojye atom elektrik stansiyası üçün həll yolunun tapılacağına ümid etdiyini vurğulayıb.