Türkiyənin Antalya bölgəsində ötən gecə yağan güclü leysan son 50 ilin ən böyük selinə səbəb olub. 

"Unikal" xəbər verir ki, bu barədə dekabrın 12-də Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, Kumluca və Finike bölgələrində axşam saatlarında güclənən yağış gecə saatlarında selə çevrilib. Nəticədə hər iki ərazidə bir çox evlərin aşağı mərtəbələrini su basıb.

Həmin ərazilərdə fəaliyyət göstərən məktəblər də bağlanıb.

Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.

Ağarza Elçinoğlu