Rusiya Dövlət Dumasının binası güclü yağışa tab gətirə bilməyib.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, dekabrın 12-də güclü yağış və temperaturun dəyişməsi səbəbindən parlamentin dam örtüyü sızıb. 

Yağışdan sonra binanın bəzi yerlərinə yağış suları dolub.

Prezident administrasiyasının mətbuat katibi Yelena Krılovanın sözlərinə görə, fəsadlar dekabrın 13-nə qədər aradan qaldırılmalıdır.

Ağarza Elçinoğlu