İranda həbs edilən daha bir etirazçı Məcidreza Rəhnavərd edam edilib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, edam bu gün səhər saatlarında onun həbsindən cəmi 23 gün sonra baş tutub. 

O, İran məhkəməsinin qərarı və Məşhəd İnqilab Məhkəməsinin hökmü ilə edam edilib.

Ədliyyə orqanları Məcidreza Rəhnavərdin edamını elan edib və onun iki Bəsic qüvvəsini soyuq silahlarla öldürməkdə ittiham olunduğunu yazıb.

Ağarza Elçinoğlu