Bu gün Aİ xarici işlər nazirləri Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrel açıqlayıb. 

Onun sözlərinə görə, hayihə yenidən baxılmaq üçün göndərilib.

"Bu görüş çox uzun və çətin olacaq, çünki gündəmdə İran var, gündəmdə Rusiyaya qarşı sanksiyalar var, doqquzuncu paket, biz hələ orada deyilik, işimiz hələ bitməyib", - Borrell jurnalistlərə deyib.

O əlavə edib ki, qərar günün sonuna qədər razılaşdırıla bilər, lakin təsdiq edilməli olan bir sıra məsələlər var.

Ağarza Elçinoğlu