"Artıq gələn il Avropa kəskin qaz çatışmazlığı ilə üzləşə bilər".

"Unikal" xəbər vereir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Brüsseldə bildirib.

 “Görünür, bu qış ciddi problemlərlə üzləşməyəcəyik. İqtisadi və sosial fəsadlar ola bilər, amma enerji daşıyıcıları qıtlığı olmayacaq. Buna səbəb Avropada atılan addımlar olub. Hazırda qaz anbarlarında kifayət qədər böyük həcmdə yanacaq var”, - deyən Birol qeyd edib ki, bununla belə, gələn il problemlər yarana bilər.

“Yüksək ehtimal var ki, gələn il bizim enerji sistemimizdə ümumiyyətlə Rusiya qazı olmayacaq. Hamımız bilirik ki, Rusiya müəyyən siyasi məsələlərə gəldikdə qazdan silah kimi istifadə edir. Ona görə də bizə elə gəlir ki, gələn il daha problemli ola bilər”, - Beynəlxalq Enerji Agentliyinin rəhbəri bildirib.