Hərbi piyada döyüş maşını BMP-1, BMP-2 və BMP-3-ün yaradıcısı Danil Relin 92 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Kurqan şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Relin 1930-cu il dekabrın 14-də anadan olub, 1954-cü ildən Kurqan Maşınqayırma Zavodunda işləyib, zavod konstruktorundan müəssisənin texniki şöbəsinin müdir müavini vəzifəsinədək yol keçib.