BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukraynaya səfər edib .

"Unikal" xəbər verir ki, BMT-nin mətbuat xidmətinin məlumatına görə, Qriffits dörd gün Ukraynada qalacaq.

"O, hakimiyyət orqanlarının nümayəndələri, humanitar təşkilatlar və müharibədən zərər çəkmiş insanlarla görüşlər keçirəcək", - təşkilatdan bildirilib.

Qeyd olunur ki, baş katibin müavini Nikolaevdə BMT-nin dəstəyi ilə yaradılmış köçkünlər üçün düşərgəyə və çörək zavoduna baş çəkəcək, daha sonra Xersona gedəcək, burada BMT əməkdaşlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə tanış olacaq. BMT nümayəndəsinin Kiyevə səfəri  başa çatacaq, burada o, hakimiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici diplomatlarla görüşəcək, beynəlxalq təşkilatın mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Tomas-Qrinfild Kiyevə rəsmi səfər edib . O, prezident Volodimir Zelenski ilə görüşüb , həmçinin fermaya baş çəkib. BMT nümayəndəsi jurnalistlərlə görüşdə qış dövrünə hazırlıq üçün Ukraynaya 25 milyon dollar ayrıldığını açıqlayıb .