Avropa İttifaqı (Aİ) İranı Rusiyaya pilotsuz uçuş aparatları və raketlər verməməyə, nüvə silahının yaradılması üzərində işləməməyə, regiondakı müttəfiqlərini dəstəkləməməyə, azlıqların hüquqlarına hörmət etməyə, ölüm hökmündən imtina etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının İranla bağlı bazar ertəsi qəbul etdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Avropa İttifaqı İranın Ukraynada Rusiyaya hər cür hərbi dəstəyini, o cümlədən pilotsuz təyyarələri göndərməsini kəskin şəkildə pisləyir və qəbuledilməz hesab edir. Brüssel Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəstəkləmək üçün “bütün hərəkətlərə cavab verəcəyini” bildirib.

Bundan əlavə, Aİ İranı nüvə sazişinin bütün şərtlərinə tam əməl etməyə, bölgədəki müttəfiqlərindən, o cümlədən Livan və Suriyadakı dəstəyini geri çəkməyə, azlıqların hüquqlarını təmin etməyə, küçə etirazlarının yatırılmasını dayandırmağa və ölüm hökmündən imtina etməyə çağırıb.