Fransanın Rusiyadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.

"Unikal" xəbər verir ki, bu haqda "RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, paket səfirliyə keçən həftə gəlib. Bağlamanı göndərən şəxs Krımdan olan Notariani adı ilə siyahıya salınıb.

Səfirlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.