Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində 150 milyon barel ehtiyata malik neft yatağı aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.
“Biz Qabar dağının yaxınlığında 150 milyon barel ehtiyata malik neft yatağı aşkar etmişik. Bu, 2022-ci ildə aşkar edilən 10 ən böyük quru yataqdan biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır”, - deyə Ərdoğan bildirib.