ABŞ prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq  hərbi yardım sifariş edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Sənəddən belə çıxır ki, ayrılan vəsait həm müdafiə təyinatlı malların alınması, həm də hərbçilərin təhsili və təlimi üçün istifadə olunacaq.

Dekabrın 21-də  Bayden ABŞ paytaxtına gedən ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməlidir . Amerika prezidentinin sözlərinə görə, onların “müzakirə edəcəkləri çox şey var”.

Məlumdur ki, görüş zamanı dövlət başçıları cəbhədəki strateji vəziyyəti, Qərbdən Ukraynaya yardımı, o cümlədən Rusiya Federasiyasına qarşı sanksiyalar və ixraca nəzarət tədbirlərini müzakirə edəcəklər .