"Ukraynaya yeni yardım paketinə “ Patriot” hava hücumundan müdafiə sistemləri daxil olacaq" .

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, ümumilikdə 1,85 milyard dolların ayrılacağı bildirilir.

“Bugünkü yardıma ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemi daxildir”, - məlumatda deyilir.

Bundan əvvəl ABŞ-ın Ukraynaya 1,8 milyard dollarlıq hərbi yardım paketi göndərəcəyi və bu paketə ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil olacağı bildirilirdi.

Yeni paketə Patriot hava hücumundan müdafiə sistemi ilə yanaşı qırıcılar üçün yüksək dəqiqlikli raketlər də daxil olacaq.

Bu tədarüklər ABŞ-ın Ukraynaya hava hücumundan müdafiəsini gücləndirmək üçün qabaqcıl silahların göndərilməsini göstərir.

AP-nin məlumatına görə, Ukraynaya yeni hərbi yardım paketi çərşənbə günü, dekabrın 21-də açıqlanacaq.

Buraya Pentaqonun ehtiyatlarından əldə edilən təxminən 1 milyard dollarlıq silah və Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsündən ayrılan daha 800 milyon dollar vəsait daxil olacaq.