NATO -nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun ( BVF ) rəhbəri ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə TV2 məlumat yayıb.

Telekanalın məlumatına görə, Stoltenberqin yeni vəzifəyə təyinatı onun alyans rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra, yəni 2023-cü il oktyabrın 1-dək baş tuta bilər.

Bundan əvvəl Yens Stoltenberq Şimali Atlantika Alyansının rəhbəri kimi mandatını uzatmaq barədə hələ düşünmədiyini bildirib .

Stoltenberqin sözlərinə görə, o, hazırda bütün diqqətini cari vəzifəsinə yönəldib.

Eyni zamanda, 2014-cü il oktyabrın 1-dən NATO-nun baş katibi postunu tutan Stoltenberq əmindir ki, alyans ölkələri onun yerinə layiqli əvəzləyici tapa biləcəklər.

Bundan əvvəl NATO ölkələrinin liderləri sammit zamanı Yens Stoltenberqin mandatının 2023-cü il sentyabrın 30-dək uzadılması barədə razılığa gəliblər. 

Gültəkin Ələsgər