Rusiya artıq Ukraynada 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Baş Qərargahın məlumatına görə, ötən gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası rusların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.

Ukrayna müdafiəçiləri həmçinin Rusiyanın "Forpost" tipli PUA-nı və  "Lancet-3" tipli təyyarəsini vurublar.

Gülayə  Mecid