İranın Şiraz şəhərində qadınlara qarşı silahlı soyğunçuluq və zorlamalar törətdikləri üçün 3 nəfər edam olunub.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  ötən ilin oktyabrında Şiraz şəhərinin Drak Parkı, Sədra Yolu və Əkbərabad bölgələrində qadınlara hücum və təcavüz edən 3 nəfər bu gün səhər Şirazın Adilabad həbsxanasında edam edilib.