Ermənistan tərəfi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşünün təxirə salınmasını xahiş edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib. 

Onun sözlərinə görə, hazırda Ermənistan XİN rəhbərinin prioriteti 11 gündür bağlı qalan Laçın dəhlizinin yenidən açılmasıdır. 

Qeyd edək ki, Laçın dəhlizi faktii olaraq Rusiya sülhməramlıları tərəfindən bağlanıb. Azərbaycan tərəfi dəhlizdən hər cür humanitar yardımların keçidini təmin edir. 

Ağarza Elçinoğlu