Kosovonun cənubundakı Qotovuş kəndinin serb əsilli sakinləri ərazidə baş verən silahlı insidentdən sonra yolu bağlayıb.

"Unikal" xəbər verir ki, silahlı insident nəticəsində 21 yaşlı gənc və 11 yaşlı oğlan yaralanıb. Atəş açan 33 yaşlı şəxs saxlanılıb. Yaralıların serb, atəş açan şəxsin etnik alban olduğu qeyd olunur.

Hücum edən şəxs hərəkətdə olan avtomobildən kənd sakinlərinə atəş açıb. 21 yaşlı oğlan qolundan yaralanıb, uşaq çiynindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hücumdan dərhal sonra yerli serblər etiraz əlaməti olaraq Strpce və Uroşevac arasındakı yolu bağlayıblar.