"Dekabr ayında həmin şəxslərə baş çəkilib və ailələri ilə əlaqə qurmaqları üçün tam şərait yaradılıb".

Bunu "Unikal"a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, məhbusların ailələri ilə əlaqələri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məktubları, zənglər və videozənglər vasitəsilə baş verir.

"Sözügedən şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı qiymətləndirilmə keçirilib", - deyə İ.Hüseynova qeyd edib.

***13:43

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bakıda saxlanılan təxribatçı erməni məhbuslara növbəti dəfə baş çəkiblər.

"Unikal" xəbər verir ki, bu barədə BQXK erməni nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Zara Amatuni bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfi humanist addım ataraq məhkumlara telefon zəngləri etmək imkanı verib. Onu da deyək ki, əlaqə ötən ilin dekabr ayında yaradılıb. 

Ağarza Elçinoğlu