Rusiyanın Yakutiya bölgəsinin Oymyakon rayonunda -59 dərəcə şaxta qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Yakutsk Hidrometeorologiya Departamenti məlumat yayıb. 

Rayonların doqquz məntəqəsində -45-dən aşağı şaxta olub. 

Qeyd olunan ərazilərin Yer kürəsinin qeydə alınmış ən aşağı temperaturlu əraziləridir. Yakutiyada bunlar Oymyakon və Verxoyanskdır.

Ağarza Elçinoğlu