Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Qin Qanqı yeni təyinatı münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə yanvarın 9-da Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

XİN rəhbəri telefon danışığı zamanı həmkarını münasib vaxtda Rusiyaya səfərə dəvət edib. 

Qeyd edək ki, yeni nazir 2022-ci ilin dekabr ayına qədər Çinin ABŞ-dakı səfiri vəzifəsini yerinə yetirib. 

Ağarza Elçinoğlu