İran prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə dekabrın 9-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransı zamanı bildirib.

Səfərin dəqiq vaxtı və təfərrüatları açıqlanmayıb. 

Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd-Bager Qalibafın Antalyaya səfər edəcəyi, burada Türkiyə və Azərbaycandan olan həmkarları ilə görüş keçirəcəyi bildirilirdi.

Ağarza Elçinoğlu