Yunanıstanda fəaliyyət göstərən MEGA adlı telekanalda ölkənin Egey dənizində ərazi sularının 12 milə çatdırılması ehtimalı müzakirə edilib.

"Unikal" xəbər verir ki, yayımda Yunanıstanın bu addımı atmaq üçün Türkiyədə xaosun yaranmasını gözlədiyi iddia olunub.

“Yunanıstanda keçiriləcək seçkilərdə güclü hökumət ortaya çıxarsa və Türkiyədə siyasi qarışıqlıq yaranarsa, Afina Egey dənizindəki ərazi sularını 12 milədək artıra bilər”, - yayımda bildirilib.

Proqrama qatılan yunan jurnalist Kristina Korayi deyib ki, Yunanıstan prezident seçkilərindən sonra Türkiyədə siyasi xaosun yaranmasını gözləyir:

“İki ay əvvəl bu verilişdə dediklərimizi xatırlayın. Hər şey müəyyən olunub, sadəcə prezidentin sərəncamı lazımdır. Bu onun istifadə edə biləcəyi bir hüquqdur, heç kimdən soruşmağımıza ehtiyac yoxdur. Bu genişlənmə Kritin cənubu ilə bağlıdır. Söhbət həm də Egeydən gedir. Bu, əsas diqqət mərkəzindədir. Ona görə də bunun seçkilərdən sonra olacağını gözləyirik. O zaman ediləcək”.