BMT Təhlükəsizlik Şurası bazar ertəsi yekdilliklə Suriyada transsərhəd yardım mexanizminin fəaliyyətinin altı ay müddətinə uzadılması barədə qətnamə qəbul edib.

"Unikal" xəbər verir ki, qəbul edilən qərar transsərhəd yardım mexanizmi haqqında 2022-ci il iyulun 12-də qəbul edilmiş qətnamənin müddətini uzadıb. O, Suriya və Türkiyə sərhədində transsərhəd yardım üçün yeganə “Bab əl-Hava” keçid məntəqəsinin fəaliyyətini saxlayır.

Qətnaməyə əsasən, BMT-nin baş katibi iyunun 10-dan gec olmayaraq Suriyada humanitar ehtiyaclar barədə xüsusi hesabat təqdim etməlidir. Yardım mexanizmi ilə bağlı əvvəlki sənədlərdən fərqli olaraq, hazırkı mətndə müvafiq qərar qəbul edilən zaman altı aylıq müddət bitdikdən sonra dəhlizin fəaliyyətinin daha altı aya uzadılması ilə bağlı müddəa yoxdur.

BMT Baş katibinin sözçüsü Stephane Dujarric bildirib ki, dünya təşkilatı yardımı “ən təhlükəsiz və ən təsirli yollarla” təmin etmək üçün bütün imkanlardan istifadə etməyə sadiqdir. “Suriyada humanitar imkanlar, o cümlədən transsərhəd əməliyyatlar vasitəsilə, humanitar fəaliyyət erkən bərpa layihələrinə sərmayə qoyuluşu vasitəsilə genişləndirilməlidir”, - deyə o bildirib.