Braziliya şəhərində iğtişaşlarda iştirak etdiyinə görə 1,2 minə yaxın insan saxlanılıb.

"Unikal" xəbər verir ki, parlament binasında çoxsaylı dağıntılar qeydə alınıb. Federal Ali Məhkəmənin binasında vandallar məhkəmə zalını sındıraraq hakimlərin paltarlarını oğurlayıblar.

Saxlanılan şəxslər avtobusla polis bölmələrinə aparılıb. Onları 12 ilə qədər həbs cəzası gözləyə bilər.

Bundan əvvəl Braziliyada başlayan etirazlar zamanı  50-yə yaxın adamın yaralandığı bildirilirdi .

Jurnalistlərin məlumatına görə, altı qurbanın vəziyyəti ağırdır. İ

Yanvarın 8-də seçkidə məğlub olan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları paytaxtdakı konqres binasını ələ keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saytlara nəzarəti bərpa edə biliblər. Çevik qüvvət polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.