Ukrayna Prezidenti Volodimir Zelenski yanvar ayının 11-də Lvova səfər edib. 

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq video yayımlayıb.

Onun səfəri Ukrayna əsgərlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. 

Lvov OVA-nın rəhbəri Maksim Kozitski Ukrayna prezidentinin səfərinin fotosunu paylaşıb: "Zelenski Lvov vilayətinə səfərə gəlib. Onlar ilk növbədə Lıçakov qəbiristanlığında işğalçılar tərəfindən öldürülən əsgərlərin xatirəsini ehtiramla yad ediblər".

Ağarza Elçinoğlu