Əfqanıstanda baş verən partlayış zamanı ölənlərin sayı 21-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Hash-e Subh qəzeti məlumat yayıb.

Yaralıların sayının isə 25 nəfər olduğu vurğulanıb.

16:20

Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) binasının girişi yaxınlığında partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstanın Ariana News telekanalı məlumat yayıb.

Hadisə Bakı vaxtı ilə saat 14:40 radələrində baş verib. Rəsmilər hələlik hadisə ilə bağlı şərh verməyiblər. 

Eyni zamanda, hadisə yerində atəş səslərinin eşidildiyi bildirilir. Məlumata görə, ölənlər var. 

Ağarza Elçinoğlu