Yanvarın 11-nə keçən gecə Rusiya Smerç raketləri ilə Xarkovu atəşə tutub.

"Unikal" xəbər verir ki, bu barədə GUNP-nin Xarkov vilayəti üzrə istintaq idarəsinin rəisi Sergey Bolvinov məlumat verib. 

Məlumata görə, raketlər şəhərin Kiyevski rayonunda pirotexniki vasitələr olan anbara düşüb. Hadisə nəticəsində pirotexniki vasitələrin partlaması müşahidə olunub.

Ağarza Elçinoğlu