Böyük Britaniya Baş naziri Rişi Sunak Fransaya səfər edəcək.

"Unikal" xəbər verir ki, səfər Fransa Prezidenti Emmanuel Makronun dəvəti əsasında martın 10-da baş tutacaq.

“Bu, iki lider üçün təhlükəsizlik, iqlim və enerji, iqtisadiyyat, miqrasiya, gənclər və xarici siyasət daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün bir fürsət olacaq”, - Yelisey Sarayının yaydığı məlumatda qeyd olunub.